Atıcılıq üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Sport24.az xəbər verir ki, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət yığma fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

"Üçlük" 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada fərqləniblər. Qızıl medallar isə Hindistan təmsilçilərinə nəsib olub. 

 

Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.