Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Hidayət Heydərov (73 kq) finalda İspaniya təmsilçisi Salvador Kases Roka üz-üzə gəlib.

Rəqibini məğlub edən Heydərov ardıcıl 2-ci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Hidayət 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal əldə edib.