Bu gün Düşənbədə cüdo üzrə gənclərin dünya çempionatında fərdi yarışlar başa çatır. Sport24.az xəbər verir ki, yarışın dördüncü günündə iki azərbaycanlı idmançı tatami üzərinə çıxıb.

 

100 kq
Əjdər Bağırov startda Niderland təmsilçisi Cos Şell üzərində qələbə çalıb, daha sonra Qaqa Qaqadze (Gürcüstan) və Mate Lakoşu (Macarıstan) məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə Muhammedsodiq Sadıkova (Özbəkistan) uduzub və Alireza Niksereşt (İran) ilə bürünc medal uğrunda mübarizə aparacaq.

 

+100 kq
Kənan Nəsibov Tamaz Beqanaşvili (Gürcüstan), Recep Ergin (Türkiyə), Darius Dobre (Rumıniya) və Arsen Kadzaevi (IJF) məğlub edərək finala yüksəlib. Həlledici döyüşdə o, Denis Baçayevlə (IJF) qarşılaşacaq.