"Sabah"ın futbolçusu Timoteuş Puxaç UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün Polşa millisinə çağrılıb. Sport24.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Puxaç yığmanın sentyabr-oktyabr aylarında küçieəcəti oyunlarda düşərgədə yer alacaq. 

 

Futbolçu sonuncu dəfə 2024-cü ildə Poşa millisinin formasını geyinib. Puxaç Millətlər Liqası çərçivəsində keçirilən Şotlandiyaya qarşı oyununda (1:2) meydana çıxıb.

 

Qeyd edək ki, müdafiəçi Polşa millisində ümumilikdə 15 oyuna çıxıb. O, Avro-2024-də yığmanın heyətində yer alıb.