"Real"ın qapıçısı Tibo Kurtua futbolçu karyerasını Belçikanın "Genk" klubu ilə keçiriləcək bir matçla başa vurmaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, qolkiper bu barədə "Forbes"ə müsahibəsində bildirib:

 

"Həmişə "Genk"ə qarşı oynamağı arzulamışam. Lakin bu, heç vaxt baş tutmayıb. "Genk" və "Real" arasında keçiriləcək Çempionlar Liqası matçı karyeramı bitirmək üçün mükəmməl bir yol olardı".

 

Qeyd edək ki, Kurtua "Genk" Futbol Akademiyasının yetirməsidir. Ötən yay məlum olub ki, o, həmtəsisçisi olduğu "NXTPLAY" investisiya platforması vasitəsilə klubun kiçik paya malik səhmdarına çevrilib.