"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska Liqa Kubokunun üçüncü mərhələsində "Norviç" üzərində qazanılan 5:0 hesablı qələbədən sonra mövsümə belə uğurlu başlayacaqlarını gözləmədiyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə klubun saytına açıqlama verib:

 

"Belə uğurlu bir başlanğıc gözləyirdimmi? Xeyr, bunun səbəbi isə – dəfələrlə dediyim kimi – bir həftədən uzaq müddəti plan qurmamağımdı. Bilirəm ki, bizim işimizdə bir həftə ərzində çox şey dəyişə bilər. Mövsümə başlayanda altı və ya yeddi oyundan sonra hansı mövqedə olacağımız barədə düşünmürdüm.

İlk gündən etibarən yalnız "Arsenal"la, daha sonra "Bornmut"la və ardınca növbəti oyun barədə düşünürdüm. Hazırda durumumuzdanrazıyıq, lakin artıq "Sanderlend"lə qarşılaşmanı düşünürük".

 

Qeyd edək ki, "Mançester Siti" Mareskanın rəhbərliyi altında yeddi oyun keçirib və altı qələbə qazanıb: dördü Premyer Liqada, biri Çempionlar Liqasında, biri isə Liqa Kubokunda.