Bu gün keçiriləcək bir oyunla I Liqada 3-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Xankəndi" MOİK-i qəbul edir.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.
I Liqas
III tur
16:00. "Xankəndi" - MOİK
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Zaqatala"nı (3:0) məğlub edib. "Şimal" "Şahdağ Qusar"a (1:4), "Mingəçevir" "Gəncəbasar"a (0:3) "Baku Sportinq" isə "Səbail"ə (0:1) məğlub olub.