"Real"ın hücumçusu Kilian Mbappe "Qızıl top" (Ballon d'Or) uğrunda əsas rəqiblərdən biri – "Barselona"nın vingeri Lamin Yamal haqqında danışıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə AS nəşrinə açıqlama verib:
"Fikrimcə, o, böyük istedada malik oyunçudur və onu parlaq gələcək gözləyir. Laminə uğurlar arzulayıram".
Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.