"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının yeni sədri seçilib. Sport24.az "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri olub. 

 

O, bu vəzifədə qardaşı, Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasına rəhbərlik edirdi.

 

 

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində "Azersun Holding"in Müşahidə Şurasının sədri və "Qarabağ"ın prezidentidir.