"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Liverpul" niderlandlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

 

Klubu de Yonqu satmağın əleyhinə deyil. La Liqa nəhəngi 29 yaşlı oyunçu üçün 70 milyon avro tələb edir.

 

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan 86 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə zədə səbəbindən Kataloniya təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.