İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, müdafiəçi Con Stounz sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İngiltərəli futbolçu A Seriyasının IV turunun "Udineze" ilə matçında (5:3) sol ayaq əzələsindən zədələnib. 32 yaşlı mərkəz müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Con Stounz yayda "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent statusu ilə "İnter"ə qoşulub. İngiltərə millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.