Türkiyəli qapıçı Mert Günok milli karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edib.
Mert 2012-ci ildə Türkiyə millisində debüt edib. O, "ay-ulduzlu" forma ilə 37 matça çıxıb.
Qeyd edək ki, qapıçı hazırda "Fənərbağça"da forma geyinir.