Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə start götürəcək. Sport24.az xəbər verir ki, cüdoçularımızın ilkin mərhələdəki rəqibləri bəlli olub.

 

Bir həftə əvvəl Odivelaşda (Portuqaliya) keçirilən Qran-pridə bürünc medal qazanan Səid Mollayi (81 kq) Uruqvayı təmsil edən Alan Abrahamyan yarışacaq. Portuqaliyada fəxri kürsünün 3-cü pilləsində yer alan Elcan Hacıyevin (90 kq) ilk rəqibi daha güclü olacaq. O, ötən il Dohada keçirilən dünya çempionatında fərdi yarışda bürünc, komanda yarışlarında isə qızıl medal qazanan Sanşiro Murao (Yaponiya) ilə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Böyük Dəbilqə turniri fevralın 4-də başa çatacaq.

 

Nazir Talıbov (60 kq) – Artem Lesyuk (Ukrayna)
Əhməd Yusifov (60 kq) – Merzod Sufiyev (Tacikistan)
Rəşid Məmmədəliyev (73 kq) – Kyarta Hreydarsson (İslandiya)
İbrahim Əliyev (73 kq) – İqor Vandtke (Almaniya)
Zelim Tskayev (81 kq) – Husni Taobani (Komor adaları)
Səid Mollayi (81 kq) – Alan Abrahamyan (Uruqvay)
Vüqar Talıbov (90 kq) – Mariano Koto-Bersye (Argentina)
Elcan Hacıyev (90 kq) – Sanşiro Murao (Yaponiya)
Uşangi Kokauri (+100 kq) – Klement Musamadi (Konqo Dr)/Bubakar Mane (Qvineya-Bissau)