"Neftçi"nin qapıçısı Emil Balayev komandasının iki həftədi qərarlaşdığı Rusiyanı tərk edib. Bu haqda Sport24.az-a məlumat verən klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev millimizin də üzvü olan təcrübəli qolkiperin Türkiyəyə yollandığını açıqlayıb.

Belə ki, Emil bu gün həmin ölkədə cərrahiyyə əməliyyatı olacaq. Bu, klubun tibbi tərəfdaşı olan "Liv Bona Dea Hospital"da gerçəkləşəcək.

Xatırladaq ki, Balayev Sankt-Peterburqda iştirak etdikləri "PARİ Premyer Kuboku"da "Srvena Zvezda"la matçda debüt edərək son dəqiqədə ayağı burxuldu. MRT müayinəsinin nəticəsinə görə Emil axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunmalı idi ki, o, bu səbəbdən 5 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

MEHMAN SÜLEYMANOV