Sabiq boksçu, hazırda promouter kimi fəaliyyət göstərən Oskar de la Hoya öz şirkətinin üzvü, amerikalı ulduz boksçu Rayan Qarsiyanı və onun təmsilçisini məhkəməyə verib. Sport24.az xəbər  verir ki, nu xəbəri ESPN kanalı yayıb.

De la Hoya ''Golden Boy'' adlı şirkətin rəhbəridi. Bu şirkət boksçular üçün vacib döyüşlər təşkil edir, onlara sponsorluq edir. Amma Qarsiya müqavilənin şərtlərini pozduğu üçün De La Hoya onu məhkəməyə verib.

Təxminən bir həftə öncə Qarsiyanın rəsmiləri ''Golden Boy''a məktub göndərmişdilər. Orda şirkətin yol verdiyi yanlışlıqlar qeyd olunmuşdu. Bu üzdən Qarsiya şirkət ilə müqaviləni birtərəfli qaydada pozmuşdu. Əslində De La Hoya ilə Qarsiyanın münasibətləri sonuncunun karyerasında aldığı ilk məğlubiyyətdən sonra pozulmağa başladı.

Bilindiyi kimi, ilk 23 peşəkar döyüşündə uduzmayan Qarsiya 24-cü döyüşdə həmyerlisi Cervonta Devisə məğlub oldu. Qarsiya bu məğlubiyyətdən sonra ''artıq insanları daha yaxşı tanıyıram'' deyərək ''Golden Boy''un, eləcə də De La Hoyanın ondan üz döndərdiyinə işarə vurmuşdu.