Boks üzrə superağır çəkidə sabiq dünya çempionu Deontey Uaylder qarşılaşa biləcəyi potensial rəqiblərinin adlarını çəkib. Sport24.az xəbər verir ki, amerikalı əlcək ustası 4-cü dəfə Tayson Fyuri ilə üzləşəcəyini istisna etməyib.

O, həmçinin potensial rəqibləri arasında Entoni Coşuanın da olduğunu söyləyib. Uaylder UFC versiyası üzrə sabiq dünya çempionu Frensis Nqannu ilə rinqdə qarşılaşacağını istisna etməyib. Deontey Kamerun əsilli döyüşçü ilə həm Səudiyyə Ərəbistanı, həm də Afrikada qarşılaşmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, Uaylder sn döyüşünü ötən ilin oktyabrında finlandiyalı Robert Heleniusa qarşı keçirib. Həmin görüşdə amerikalı boksçu rəqibini ilk raundun sonuna 3 saniyə qalmış məğlub etmişdi. Bu günə qədər Uaylder keçirdiyi 46 görüşün 43 də qalib gəlib. O, iki dəfə məğlub olub, birində isə heç-heçə qeydə alınıb.