Sabiq UFC çempionu Frensis Nqannu superağır çəkidə amerikalı boksçu Deontey Uaylderlə görüşə biləcəyini təsdiqləyib. Sport24.az xəbər verir ki, keçmiş dünya çempionu ilə Afrikada rinqi bölüşmək ehtimalından danışıb: “Hazırda Uaylderlə danışıqlar gedir. Onun indi rəqibi yoxdur və mənimlə döyüşdə maraqlıdır. Biz hətta döyüşün Afrikada keçirilməsini də müzakirə etmişik. Bir dəfə Afrikada üz-üzə gələndən sonra revanş görüşü başqa yerdə də keçirilə bilər. Hətta ikinci dəfə də Afrikada üz-üzə gələ bilərik. Niyə də yox?!”

Xatırladaq ki, Nqannu UFC-ni çempion kimi tərk edərək proumoşnlə müqavilə imzalamaqdan boyun qaçırıb. Kamerunlu qaydasız döyüşçü peşəkar boksda qüvvəsini sınamaq fikrindədir.