57 kq çəkidə yarışan MMA döyüşçümüz Fərid Əlibabazadə Qazaxıstanın Almata şəhərində keçirilən MMA üzrə "Octagon" liqasında rinqə çıxıb. Sport24.az xəbər verir ki, o, Askar Jaksilikovla kəmər uğrunda mübarizə aparıb.

 

Fərid 5-ci raundda boğucu fənd işlədərək, qələbə qazanıb. Azərbaycanlı boksçu liqanın çempionu olub. Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.