Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.

Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Federasiyasının (AİBA) rəsmi saytı məlumat yayıb.

Bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub. 

Yarış 6-19 dekabrda keçirilməli idi.