Budapeştdə gənclər arasında kikboksinq üzrə dünya çempionatı başa çatıb. Sport24.az xəbər verir ki, yarış WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə keçirilib.

 

Azərbaycan millisi turnirdə ümumilikdə 36 medal (5 qızıl, 8 gümüş və 23 bürünc) qazanıb.

 

Qeyd edək ki, ən yüksək beş medaldan dördü K-1 versiyasında əldə edilib.