"Çempionatda komanda sayı heç olmasa 14 olsa, Premyer Liqadan kiminsə düşməyi daha rəqabətli olardı. Amma indi 10 komanda mübarizə aparır. Dünənə qədərsə bu rəqəm 8 idi. Eyni komanda ilə dəfələrlə qarşılaşmaq yorurdu". Bu sözləri Sport24.az-a açıqlamasında millimizin sabiq futbolçusu Rauf Əliyev deyib.

Əliyev Misli Premyer Liqasında komanda sayının artırılmasının tərəfdarı olduğunu söyləyib: "Kəpəz" və "Turan Tovuz"un gəlməsi çempionata maraq qatdı. Kim istəməz ki, daha çox komanda olsun? 12 komanda olsa, daha yaxşı olar".

Raufun fikrincə, komanda sayı artandan sonra idman prinsipləri baxımından kiminsə düşməsi daha maraqlı olardı: "Onsuz komanda olmaması baxımından əziyyət çəkirik. Niyə hansısa komandanı itirək? Məsələn, "Şamaxı" bölgə təmsilçisidi. "Səbail" sponsoru, şəraiti olan komandadı. Bunları niyə itirək ki? Üstəlik, "Araz Naxçıvan" və digər lisenziya alan klub olan "Zaqatala" da bölgə təmsilçisidi. Bunlar da gəlsə, daha maraqlı olar".

 

 

KAMAL RZA