"Neftçi"nin qış fasiləsində koronavirusa yoluxan üzvlərindən daha bir düşərgəsinə gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi məlumata görə, braziliyalı hücumçu Tyao Bezerra artıq Antalyadakı hazırlığa qatılıb.

Cari çempionatda komandanın bombardiri olan 35 yaşlı bu forvardadək ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo sağalaraq düşərgəyə təşrif buyurmuşdu.  "Ağ-qaralar"ın paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kollinin da son koronavirus testi neqativ çıxıb və  bugünlərdə Türkiyə toplanışına qatılacaq.

İndi "Neftçi" argetinalı vingeri İvan Korreadan xəbər gözləyir. Bu yerdə bildirək ki, həmin legionerin ailəsində "korona" aşkarlandığından, özü də karantinə alınmışdı.