"A listində 21 futbolçu sifariş edə bilərdik. Səlim Həşimov da B listinin tələblərinə uyğun gəldiyinə görə Səlimi 3-cü qapıçı kimi B listinə əlavə etdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə deyib.

 

Bu gün Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə" Avropa Liqasında ilk oyuna çıxır. "Qaratallar" Moldovada "Şerif"in qonağı olacaq. Qəsəbə təmsilçisi Tiraspol klubu ilə oyuna 21 futbolçu sifariş edib ki, onların arasında bu yay komandaya keçən qapıçı Aydın Bayramov yoxdu.

 

Klub rəsmisi Bayramovun kənarda qalmasını belə izah edib: "Səlimi sifariş etməklə 1 meydan futbolçusu qazandıq. Məhz buna görə Aydın Bayramovu iştirak ərizəsinə əlavə edə bilmədik".

Qeyd edək ki, "Şerif" - "Zirə" görüşü bu gün saat 21:00-da start götürəcək.