Azərbaycan Basketbol Liqasında 12-ci turun daha bir oyunu keçirilib.

 

Sport24.az xəbər verir ki, günün yeganə matçında "NTD-İndiqo" "Gəncə"nin qonağı olub.

 

Qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb - 94:80. Xallarının sayını 22-yə çatdıran "NTD-İndiqo" liderlər qrupundakı "Sabah" və "Xəzri"yə çatıb. 

 

Tura yanvarın 28-də baş tutacaq "Şəki" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Daha əvvəl "Xəzri" "Cəlilabad"ı (100:81), "Xırdalan" "Sabah"ı (107:103), "Sərhədçi" isə "Sumqayıt"ı (91:63) məğlub edib.