"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində bu gün mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununu səfərdə Polşanın "Trefl" klubuna qarşı keçirib.
Qarşılaşma Polşa klubunun böyük üstünlüyü şəraitində keçib. "Trefl" 92:63 hesabı ilə qalib gəlib.