Fransa millisinin baş məşqçisi Zinedin Zidan milli komandanın kapitanı Kilian Mbappenin imkanları barədə fikirlərini bölüşüb. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, Zidan "Real"ın hücumçusunun unikal statusunu və universallığını vurğulayaraq, onu dünyanın ən yaxşı futbolçusu adlandırıb.
"Kilian Mbappe hazırda dünyanın ən yaxşı oyunçusudur. O, hücumdakı hər üç mövqedə oynamaq bacarığına malikdir. Şəxsən mən onu daha çox sol cinah hücumçusu kimi bəyənirəm", - deyə Zidan Millətlər Liqası üçün milli komandanın heyətinin açıqlandığı mətbuat konfransında bildirib.
Zidan həmçinin təsdiqləyib ki, Mbappe Fransa milli komandasında kapitanlıq sarğısını daşımağa davam edəcək.