Ramil Şeydayevin formasını geyindiyi "Soçi" Rusiya I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən komanda "Ska-Xabarovsk"la qarşılaşıb.
"Fişt" stadionunda keçirilən və 45994 azarkeşin izlədiyi matçda qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə başa çatıb. Şeydayev da bu görüşün iştirakçısı olub. Hücumçu 83-cü dəqiqədə meydana çıxıb. Xabarovsk klubunun heyətində isə "Sumqayıt"ın sabiq futbolçusu Kamran Əliyev forma geyinib. Əliyev ilk dəqiqələrdən meydana çıxas da, 57-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 12 oyundan sonra "Soçi" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Ska-Xabarovsk" isə 5 xalla sonuncu – 18-ci yerdədir.