Misli Premyer Liqasının 6-cı turunun ikinci oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" azarkeşləri önündə "İmişli" ilə üz-üzə gəlir.

 

Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların oyununda heç şübhəsiz ki, favorit meydan sahibləridir. valdas Dambrauskasın komandasının bir oyunu təxirə salınsa da. turnir cədvəlinin 2-ci pilləsində ("Neftçi" dünən qələbə qazanıb) qərarlaşıb. "Bauyquşlar" müdafiədə etibarlı oynamaqla yanaşı, məhsuldar oyunu ilə də seçilir. Qonaqlar isə geridə qalan 5 turda cəmi bir qələbəyə sevinib və 4 xalla 8-ci yerdədir. 

 

Qeyd edək ki, sabah keçiriləcək "Şamaxı" -"Araz-Naxçıvan" və "Kəpəz" - "Sumqayıt" oyunları ilə 6-cı tura yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, VI tur

19:45. "Sabah" - "İmişli"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov 
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev 
AFFA nümayəndəsi: İlham Əliyev
Masazır. "Bank Respublika Arena".