"Sabahın Ulduzları" Bakı Kuboku uğrunda keçirilən yarışların əsas mərhələsi yekunlaşıb. Əsasnaməyə uyğun olaraq, qruplarında ilk 4 sıranı tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

 

Sport24.az xəbər verir ki, U-14 yaş qrupunda həlledici yarımfinal qarşılaşmaları sentyabrın 19-da baş tutacaq.

 

Finala vəsiqə uğrunda "Qarabağ" "Ulduz"la, "Sabah" isə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Hər iki qarşılaşma Bayıl stadionunda, Futbol İnkişaf Mərkəzində təşkil olunacaq.

 

U-14

 

Yarımfinal

19 sentyabr

 

17:00. "Qarabağ" – "Ulduz"

20:00. "Sabah" – "Neftçi"