"Kəpəz" və "Gəncəbasar" komandaları çempionatlarda yaranan fasilə müddətində yoxlama oyununda üz-üzə gələcəklər. Sport24.az xəbər verir ki, bunu I Liqa təmsilçisi açıqlayıb.

 

Qarşılaşma oktyabrın 2-də Gəncə stadionunun Məşq Mərkəzində, saat 17:00-da start götürəcək.

 

Xatırladaq ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 6 xalla altıncı, "Gəncəbasar" I Liqada 9 xalla ikinci pillədə qərarlaşıb.