"Bavariya"nın idman direktoru Maks Eberl "Barselona"nın oyunçusu Lamin Yamalın "Qızıl top"u (Ballon d'Or) qazanmaq istəyi ilə bağlı son açıqlamalarına münasibət bildirib. Sport24.az xəbər verir ki, funksioner bu barədə "Bild"ə açıqlama verib. Klub rəsmisi vurğulayıb ki, futbolçunun əsl səviyyəsi ictimai bəyanatlarla deyil, meydandakı oyunu ilə sübut olunur.
"Dünyanın ən yaxşı oyunçusunun heç bir təbliğat kampaniyasına ehtiyacı olmur", – deyə Eberl "Bavariya"nın "Union Berlin" üzərindəki 7:0 hesablı qələbəsindən sonra bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Yamal bu il "Qızıl top"u niyə məhz özünün qazanmalı olduğunu izah edərkən, qol sayının mükafat uğrunda mübarizədə əsas amil olmamalı olduğunu iddia etmiş və bildirmişdi ki, müəyyən turnirlərin bombardirləri üçün artıq xüsusi mükafatlar mövcuddur. Bir çox jurnalistlər isə bu fikirləri "Bavariya"nın hücumçusu Harri Keynə ünvanına söylənildiyini düşünür. Keyn ötən mövsüm klub və milli komanda səviyyəsində bütün turnirlərdə ümumilikdə 78 qol vurub.