Şahmat üzrə millilərimiz  Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət komanda Çexiya ilə qarşılaşacaq.

 

Xanımlar isə İngiltərə ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, kişilərdən ibarət yığma əvvəlki turlarda Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala (4:0), Danimarka (4:0) və İsveçi (2,5:1,5) məğlub ediblər. Sentyabrın 27-də yekunlaşacaq turnir İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.