"Barselona"nın hücumçusu Rafinya Kataloniya klubunu tərk etməyi düşünmədiyini və karyerasını orada başa vurmağa ümid etdiyini bildirib. Sport24.az xəbər verir ki, braziliyalı ulduz bu barədə "RAC 1"-ə açıqlamasında bildirib:

 

"Yalnız baş məşqçi mənə güvənmədiyini bildirsə, komandadan ayrılacağam. Başqa komandaya keçmədən karyeramı burada başa vurmağa ümid edirəm".

 

O, həmçinin 2024-cü ildə Səudiyyə Ərəbistanından təkliflər aldığını və onları qəbul etməyə çox yaxın olduğunu etiraf edib:

"Bu, ailəmdəki bir çox insanın həyatını dəyişdirə bilərdi. Təklif olunan məbləğ çox cəlbedici idi".

 

Qeyd edək ki, Rafinya "Barselona" ilə üç dəfə İspaniya çempionluğu, bir dəfə Kral Kuboku və üç dəfə İspaniya Superkubokunu qazanıb. O, Kataloniya klubunun heyətində bütün turnirlərdə 184 oyun keçirib, 86 qol vurub və 62 məhsuldar ötürmə edib.