Yeni sezondan Azərbaycan Basketbol Liqasında iştirak edəcək MOİK-in baş məşqçisinin adına aydınlıq gətirilib. Sport24.az xəbər verir ki, Ordu klubunu ispaniyalı mütəxəssis çalışdıracaq.

 

Belə ki, əsas yığmamızda üçüncü məşqçi, U-20 yığmamızda isə baş məşqçi kimi çalışan Alberto Blanko yüksək liqa klubunda işləyəcək.

 

İspaniyalı MOİK-lə bir illik müqavilə imzalayıb.