Aksel Vitsel Belçika millisində çıxışını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Bu dəfə qərarım qətidir. Yığma karyerama son qoymaq qərarına gəldim. Artıq gənclərə və yeni nəslə yol açmağın vaxtıdır. Ötən 18 il ərzində bütün gücümü ortaya qoyduğum üçün böyük qürur duyuram. Hələ 18 yaşımda bu yola başlayanda bu qədər uğur qazanacağımı heç təsəvvür etməzdim. Amma həqiqətən də inanılmaz anlar yaşadıq!

Azarkeşlərə təşəkkür edirəm. Komanda yoldaşlarıma, məşqçilərimə və illər ərzində inkişafımda az və ya çox rolu olan federasiyadakı hər kəsə minnətdaram. Komandaya gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, onları parlaq gələcək gözləyir. Səni sevirəm, Belçika".

 

Qeyd edək ki, 37 yaşlı Vitsel Belçika millisində 2008-ci ildə debüt edib.ünü Təcrübəli yarımmüdafiəçi yığmada 140 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Vitsel həmçinin Dünya Çempionatında Belçikanı təmsil edən ən yaşlı futbolçu rekorduna da sahibdir.

Futbolçu Belçikanın heyətində dörd Dünya Çempionatında (2014, 2018, 2022 və 2026) və iki Avropa Çempionatında (2016 və 2020) iştirak edib.