"İnter Mayami"nin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb. Sport24.az xəbər verir ki, argentinalı ulduz futbolçu "Campeones Cup" matçında "Krus Azul"a vurduğu qolla MLS-də rekord müəyyənləşdirib.
39 yaşlı argentinalı futbolçu liqa tarixində bir klubun heyətində bütün yarışlar daxil olmaqla ən tez 100 qol həddinə çatan oyunçu kimi tarixə düşüb. Messi bunu 155 oyunda bacarıb. Lionel, həmçinin 55 məhsuldar ötürmə müəllifidir.
Qeyd edək ki, ümumilikdə isə hazırda Messinin aktivində 929 qol var.