Məşhur MBA ulduzu Ca Morantın silah gəzdirməsi və onu nümayiş etdirməsindən sonra liqa rəhbərliyi hərəkətə keçib. Sport24.az xəbər verir ki, “Memfis”in basketbolçusunun 6 oyunluq diskvalifikasiya olunmasından sonra təhlükəsizlik məqsədilə müəyyən addmlar da atılıb.
Belə ki, “Memfis”in martın 10-da “Qolden Steyt”lə ev oyunundan əvvəl arenanın baketbolçular üçün giriş hissəsində metalmüəyyənləşdirən cihaz yerləşdilirilb. Yayılan videolarda oyunçuların arenaya daxil olarkən çantalarını həmin aparata qoyduqları görünür. Hazırda liqa Morantın xuliqanlığı ilə bağlı araşdırmalarını davam etdirir.