MBA-da mövsümün ən yaxşı oyunçusu seçilməsi prosesin müəyyən dəyişikliklərə əl ata bilər. Sport24.az xəbər verir ki, hazırda bu istiqamətdə Oyunçuların Həmkarkar İttifaqı ilə MBA rəhbərliyi arasında danışıqlar gedir.

Əslində, bu məsələ kollektiv əməkdaşlıqla bağlı imzalanacaq yeni müqavilənin bəndlərinə salınacaq. Hələ ki, 2023/24 mövsümündə başa çatacaq anlaşmanın yenilənməsi ilə bağlı razılıq əldə olunmayıb. MVP mükafatının meyarları ilə bağlə məsələyə gəlincə, ilkin variantda oyun sayı ilə bağlı müddəanın müqavilədə yer alacağı gözlənilir. Yəni, mövsümün ən dəyərli oyunçusu adını qazanan oyunçu mütləq mövsüm ərzində müəyyən sayda oyuna çıxmalıdır.

Bu həmçinin, mövsümün ən yaxşı müdafiəçisi, ən gənc oyunçusu, ən inkişaf edən basketbolçu və ən yaxşı 6-cı oyunçu nominasiyalarına da aiddir.