Qubada qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcək komandalar bəlli olub. Sport24.az xəbər verir ki, yarışda 8 komanda mübarizə aparacaq.

 

Quba mərhələsində, Niderland, Avstraliya, Çin (U-24), Filippin, İran milliləri ilə yanaşı, "Düsseldorf Zoos" (Almaniya), "Czechia" (Çexiya) və ölkəmizi təmsil edəcək "Baku Flames" klubları güclərini yoxlayacaqlar.

 

Qeyd edək ki, yarış iyunun 20-21-də olacaq.