Bu gün Azərbaycan Basketbol Liqasında 13-cü tura yekun vurulub.

Sport24.az xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Burada meydan sahibi “Olimpik Şəki” komandası doğma azarkeşlər önündə "AAAF Xırdalan” basketbolçularını qəbul edib. Oyuna "AAAF Xırdalan" basketbolçuları üstün başlayıblar və yekunda 88:77 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Ceyson Brauer (22 xal, 6 ribaund), “AAAF Xırdalan”dan isə Endryu Korum (27 xal, 14 ribaund) olublar.

13 turdan sonra NTD 23 xalla vahid liderdirsə, “Sərhədçi” 22 xalla ikincidir. “Sabah”la “Gəncə” 21 xalı toplayıb. “AAAF Xırdalan” 19, “Neftçi İK” 18, “Zirvə Astara” 15, “Olimpik Şəki” 14 xal əldə edib.

14-cü turun oyunları 18-23 yanvar aralığında baş tutacaq.