Bu gün Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qurumun əməkdaşları ilə görüşüb. Sport24.az xəbər verir ki,.Bağırov yeni rəhbər təyin olunduğu federasiyanın hər bir əməkdaşının tutduğu vəzifəsi və gördüyü işlərlə tanış olub.
Qurum rəhbəri federasiyanın cari fəaliyyəti, qarşıda duran vəzifələrdən və gələcək hədəflərdən danışıb, müvafiq tapşırıqlarını verib.
Belə görüşlərin mütəmadi keçiriləcəyini bildirən Bağırov əməkdaşların suallarını cavablandırıb, onlara işlərində uğurlar arzulayıb.