Voleybol üzrə dünya çempionatının təşkilatçılıq hüququndan məhrum olan Rusiya Beynəlxalq Voleybol Federasiyasını məhkəməyə verib. Sport24.az xəbər verir ki, bu barədə Rusiya Voleybol Federasiyasının baş katibi Aleksandr Yeryomenko məlumat verib.

Ruslar dünya çempionatını təşkilatçılığı üçün 80 milyon dollar xərclədiklərini iddia edərək həmin məbləği qarşı tərəfdən tələb edir. Mundialı isə Polşa ilə Sloveniya təşkil edəcək.

Yeryomenko mətbata açıqlamasıda hazırda prosesin davam etdiyini və hələ bir müddət gözləməli olacaqlarını bildirib. O, İdman Arbitraj Məhkəməsində bu işi aparmaq üçün hakimlərin seçim mərhələsinə başlandığını söyləyib.