Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq. Sport24.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Bakıda Avstriya seçməsini qəbul edəcək.

 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl iki oyunda Belçikaya və bir matçda Avstriyaya 0:3 hesabı ilə uduzub.