Bu gün kişi voleybolçular arasında Azərbaycan I liqasında növbəti turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, “Murov” voleybol klubunu idman zalında baş tutan turun ilk matçı “Murov-2” və “Taleh-A.T” komandaları arasında keçirilib.

Görüş 25:22 hesabı ilə “Murov-2” komandasının qələbəsi ilə başlayıb. İkinci hissəni 25:13 hesabı ilə qalib gələn “Taleh-A.T” komandası ümumi hesabı bərabərləşdirib (1:1). Lakin sonrakı hissələrdə daha gözəl oyun nümayiş etdirən gənclərdən ibarət “Murov-2” komandası matçı 3:1 (25:22, 13-25, 25:16, 25:18) hesabı ilə qalib gələrək çempionatda ilk qələbələrini qazanıb. 

Ardınca meydançaya “Əlincə” “Həvəskarlar” komandaları çıxıblar. Bu görüşün qalibi isə tay-brekdə müəyyən olunub. “Həvəskarlar” komandası görüşü 3:2 (26:24, 16:25, 25:20, 25:27, 15:12) hesabı ilə qalib gələrək çempionatda ilk 2 xalını qazanıblar.

III turun “Ryuqa” “Aura” görüşündə isə günün ilk iki qarşılaşmalarından fərqli olaraq qalib 3 setdə müəyyən olunub. “Ryuqa” komandası 3:0 (25:13, 25:7, 25:18) hesabı ilə matçın qalibi olub. Günün və turun son matçı isə “Masallı” və “Veteranlar” arasında keçirilib. Görüş “Masallı” komandasının üstünlüyü ilə başlayıb və onların 3:1 (25:19, 20:25, 25:19, 25:21) hesablı qələbəsi ilə başa çatıb. Beləliklə “Masallı” bu qələbən sonra xalların sayını 5-ə çatdırıb. 

Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov-2”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” komandaları çıxış edirlər. Reqlamentə əsasən komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi keçiriləcək. 

I Liqa
III turun nəticələri
23 yanvar 

11:00. “Murov-2” – “Taleh – A.T”  3:1 (25:22, 13-25, 25:16, 25:18)
12:30. “Əlincə” – “Həvəskarlar”  2:3 (24:26, 25:16, 20:25, 27:25, 12:15)
14:00. “Aura” – “Ryuqa” 0:3 (13:25, 7:25, 18:25)
15:30. “Masallı” – “Veteranlar” 3:1 (25:19, 20:25, 25:19, 25:21)

Turnir cədvəli:
A qrupu: “Təhsil” – 6 xal, “Əlincə” - 4, “Murov-2” – 3, “Taleh-A.T” – 3, “Həvəskarlar” - 2.
B qrupu : “Azərbaycan Ali Hərbi Məktəbi” – 6 xal, “Masallı” – 5, “Ryuqa” – 4, “Veteranlar” – 3, “Aura” – 0.