Qadınlardan ibarət Braziliya millisinin üzvü Ana Paula Borqo 29 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, o, ötən ilin sentyabrından mədə xərçəngindən əziyyət çəkirdi.

Mərhum voleybolçu öz ölkəsinin “San Kaetano”, “Pineyros”, “Osasko”, “Prayya Klub” və “Fluminense” klublarında çıxış etdikdən sonra Türkiyənin “Kale 1957” və İtaliyanın “Voleybol Berqamo” komandalarının şərəfini qoruyub. Borqo 2019-cuy ildə Braziliya millisi ilə Millətlər Liqasının qalibi olub. O, həmçinin ölkəsinin 23 yaşa qədər voleybolçularından ibarət millisi ilə dünya çempionatında qızıl medal qazanıb.