Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev CEV Kubokuna təyinat alıb. Sport24.az xəbər verir ki, ədalət təmsilçimiz qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin "THY İstanbul" və Monteneqronun "OK Herceg Novi" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

 

Qeyd edək ki, noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdir.