Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti açıqlayıb.

 

Ədalət təmsilçimiz 18 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək. Yarış iyulun 10-21-də keçiriləcək.

 

Qeyd edək ki, qitə çempionatı Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində baş tutacaq.