Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin 3-cü matçında Gürcüstan voleybolçuları ilə qarşılaşıb.

Podqoritsadakı “Verde” İdman Kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda lider Yunanıstanla (14 xal) ikinci pillədə qərarlaşmış Monteneqro (13 xal) üz-üzə gələcək. Azərbaycan millisi isə qrup mərhələsini 6 xalla üçüncü pillədə başa vurub. Gürcüstan yığması seçmə mərhələni xalsız və sonuncu yerdə bitirib.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.

AÇ-2021-in seçmə mərhələsi
F qrupu
16 may

Azərbaycan – Gürcüstan 3:0 (25:13, 25:17, 25:17)