Ukrayna Şahmat Federasiyası (UŞF) FİDE-yə müraciət ünvanlayıb. Sport24.az xəbər verir ki, müraciətdə deyilir ki, işğal altında olan ərazilər qondarma respublika kimi Rusiyanın şahmat turnirlərində iştirak edir.

Onların tələbinə görə, FİDE mütləq bunun qarşısını almalıdır. Söhbət qondarma Donetsk, Luqansk Xalq Respublikalarının və Zaparojye ilə Xerson əyalətlərinin komandalarından gedir. Bununla yanaşı, UFŞ Rusiya şahmatçılarının ümiyyətlə beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edir.

Məsələ ondadır ki, hazırda Rusiya şahmatçıları FİDE yarışlarında neytral statusda mübarizə aparır. Hətta dünya şahmat tacının finalında rusiyalı Yan Nepomnyaşi çinli Dinq Lirenlə qarşılaşacaq.

Xatırladaq ki, Rusiya Şahmat Federasiya yaxınlarda Avropadan ayrılaraq Asiya Şahmat Federasiyasının bayrağı altında mübarizə aparacaq.