Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla heç-heçə edib. 
İlk partiyada da bərabərlik qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyən edəcək.
FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla “sülh”ə razılaşıb. Hər iki şahmatçı tay-brekdə qarşılaşacaq.
Nicat Abasovun niderlandlı Aniş Giri ilə görüşündə də analoji ssenari təkrarlanıb. İlk qarşılaşmada olduğu kimi, cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi avqustun 7-si tay-brekdə məlum olacaq.
20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli və təcrübəli Qədir Hüseynov ABŞ təmsilçilərinin timsalında qarşılaşdıqları səddi aşa bilməyibılər. Abdulla Rey Robson qarşısında, Hüseynov isə Lenyer Domingeslə “duel”də “ağ bayraq” qaldırmaq məcburiyyətində olublar. 
Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva sensasiyaya yaxın olsa da, çinli dünya çempionu Yu Vençjunla qarşıdurmada təslim olub.